Estoniya müxalifəti Rusiya ilə sərhədin tam bağlanmasını istəyir
Bakı, 14 yanvar, AZƏRTAC
Estoniyanın “İsamaa” müxalifət partiyası Rusiya tərəfindən təşkil edilən hibrid hücumlara görə bu ölkə ilə sərhədlərin tam bağlanmasına dair təşəbbüs irəli sürüb.
AZƏRTAC xəbər verir ki, “İsamaa” partiyasının təşəbbüskarı olduğu qanun layihəsi ilə əlaqədar Estoniya parlamenti hökumətə Rusiya sərhədini bağlamaq barədə göstəriş verəcək. Eyni zamanda, partiyanın lideri Urmas Reynsalu dekabrda Fin körfəzində elektrik kabelinin zədələnməsinə görə Rusiyanın məsuliyyət daşıdığına dair ittihamlar səsləndirib və bunu Moskvanın təxribatı adlandırıb.
Xatırladaq ki, ötən ilin dekabr ayında Estoniyanı Finlandiya ilə birləşdirən “Estlink 2” elektrik kabeli, həmçinin Finlandiya, Estoniya və Almaniya arasındakı dörd rabitə kabeli zədələnib. Hüquq-mühafizə orqanları onların Kuk adalarının bayrağı altında üzən “Eagle S” gəmisinin lövbəri ilə zədələndiyindən şübhələnir. Finlandiyanın gömrük xidməti həmin gəminin Rusiyanın enerji resurslarının daşınmasında iştirak etdiyini bildirir.
Finlandiya Rusiya aktivləri hesabına Ukraynanı silah-sursatla təmin edəcək
“Hubble” teleskopu Böyük Magellan Buludu adlı “cırtdan” qalaktikanı tədqiq edir
“Nissan” Yaponiyadakı zavodlarını bağlayacaq
Yaponiya bütün ölkələri atom bombardmanının ildönümü ilə bağlı Naqasakiyə dəvət edəcək
Peter Fişer: Diplomatlar Gürcüstanda məhkəmələrə təsir etməyə çalışırlar