Prokuror köməkçisi vəzifəsinə təyin olunmuş gənc: Biliklərimi ölkəmin hüquq sisteminin inkişafına yönəldəcəyəm
Bakı, 14 yanvar, AZƏRTAC
“Prokurorluq orqanlarına qəbul imtahanları tam şəffaf şəkildə həyata keçirilib, bu, hər bir gənc hüquqşünas üçün böyük motivasiya mənbəyidir. Əldə etdiyim bilik və bacarıqları ölkəmin hüquq sisteminin inkişafına yönəltməyi qarşıma məqsəd qoymuşam”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tərtər rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunan Azər Cəfərov jurnalistlərə açıqlamasında söyləyib.
2022-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirən A.Cəfərov 2024-cü ildə prokurorluq orqanlarına keçirilmiş müsabiqədə iştirak edərək test, yazılı və müsahibə imtahanlarını uğurla başa vurub və icbari təlim proqramına cəlb olunub. Bu təlimi uğurla tamamladıqdan sonra 2025-ci il yanvarın 14-də Tərtər rayon prokurorunun köməkçisi vəzifəsinə təyinat alıb.
Vəkillərə “Birgə nikah dövründə əldə olunan əmlakın bölgüsü” mövzusunda təlim keçirilib
Fevralın 10-u Ümumdünya Paxlalılar Günüdür
Aortanın protezləşdirilməsi nəticəsində 256 nəfər qəfil ölümdən xilas edilib
Türkiyə Prezidenti Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib
DİN: Bərdədə polisin keçirdiyi əməliyyat tədbiri zamanı 3 kiloqram tiryək aşkarlanıb