Almaniyanın müdafiə naziri Kiyevə səfər edib
Berlin, 14 yanvar, AZƏRTAC
Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfər edib.
AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, Ukraynadakı görüşlərdə bu ölkəyə daha çox yardım göstərilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir. Nazir açıqlamasında bu səfərlə Ukraynaya fəal dəstəyin davam etdirildiyinin göstərildiyini vurğulayıb.
B.Pitorius Kiyevə Polşa, Fransa, İtaliya və Britaniya müdafiə nazirləri ilə görüşdən sonra səfər edib. Həmin görüşdə Ukraynaya daha çox yardım göstərilməsi məsələsi müzakirə olunub və gələcəkdə Ukrayna silah sənayesinə geniş sərmayə yatırılması qərara alınıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Aral dənizinin şimalında su balansı bərpa olunur
İtaliyada muzeydə yıxılan ziyarətçi XVI əsrə aid rəsm əsərini təsadüfən zədələyib
Ekvadorda prezident seçkiləri ikinci tura qalıb
Cənubi Koreyada neft emalı zavodunda partlayış olub, itkin düşən və yaralananlar var
Həftədə bir yumurta yemək ürək xəstəliklərindən ölüm riskini azalda bilər –ARAŞDIRMA