Nazirlik “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına öz maarifləndirici stendi ilə qoşulub
Bakı, 14 yanvar, AZƏRTAC
İctimaiyyəti ətraf mühit istiqamətində aktiv iştiraka təşviq etmək, ekoloji məsuliyyət hissinin formalaşmasına dəstək olmaq məqsədilə “Nargis” Fondu tərəfindən keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz maarifləndirici stendi ilə qoşulub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməkdaşlar və ekokönüllülər tərəfindən yarmarkanın qonaqları arasında ekoviktorina keçirilib, o cümlədən vətəndaşlar 79 ədəd işlənmiş batareya gətirərək müxtəlif stimullaşdırıcı hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində həmçinin uşaqlar üçün master-klas təşkil olunub.
Qeyd edək ki, tədbir cəmiyyət arasında ekoloji maarifləndirmənin yüksəldilməsi, təhlükəli tullantı sayılan batareyaların düzgün idarə olunması barədə məlumatlılığın artırılması məqsədilə təşkil olunub.
Türkiyəli ekspert: Paşinyanın ziddiyyətli bəyanatı Ankara ilə aparılan danışıqlara zərbə vurur
Baş prokuror Zərdabda vətəndaşları qəbul edib
Daxili işlər naziri Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirib