Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib
Bakı, 14 yanvar, AZƏRTAC
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.
Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals isə “ABC News” telekanalına ABŞ-ın seçilmiş prezidenti və Rusiya lideri arasında telefon danışığının yaxın gələcəkdə baş tuta biləcəyini deyib.
Ağ evin gələcək sahibi bundan əvvəl də prezidentliyinin ilk altı ayı ərzində Putinlə görüşmək istədiyini və bu cür təmaslara hazır olduğunu bildirmişdi.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov isə öz növbəsində qeyd edib ki, Vladimir Putin ABŞ-ın yeni lideri ilə heç bir ilkin şərt olmadan görüşməyə hazırdır, lakin hələlik bu məsələdə heç bir konkretlik yoxdur.
İtaliya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə tətbiq etdiyi sanksiyalara qarşı çıxmayıb
ABŞ hərbi xərcləri azaltmaq niyyətindədir
“Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər
Araşdırma: Tütün və alkoqolun azaldılması xərçəng hallarının qarşısını ala bilər
Tamar Çiburdanidze: USAID dezinformasiyalar yaymaqla hibrid müharibə aparırdı