Bərdədə 11 min hektardan çox sahədə taxıl səpilib
Bərdə, 14 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunun taxılçıları 2025-ci təsərrüfat ili üçün 11 min 777 hektar sahədə səpin aparıblar.
Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Vahid Allahverdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, taxıl əkinlərinin 6100 hektarı buğda, 5677 hektarı arpadır. Səpin aparılan sahələrin hamısı suvarılan torpaqlardır.
Taxıl səpini kampaniyasında 1220 ton buğda, 1021,86 ton arpa toxumu istifadə olunub. Fermerlər əsasən buğdanın “Murov”, “Qobustan”, “Qırmızıgül”, arpanın “Qarabağ-22”, “Qarabağ-33”, “Günəş” sortlarına üstünlük veriblər. Səpin zamanı 847 ton gübrə istifadə edilib.
Qeyd edək ki, Bərdə taxılçıları ötən il 14 min 68 hektar taxıl sahəsindən 58 min 484 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 41,6 sentner təşkil edib.
“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub
Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb
Naxçıvanın muxtariyyəti - tarixi zərurət, tarixi nailiyyət
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı keçirilib
Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb