Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 32 mindən çox ağac əkilib
Tərtər, 14 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər rayonunda 32 min 230 ədəd ağac tingi əkilməklə, 44 hektar sahədə yaşıllıqlar salınıb.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaşıllıqların qorunub saxlanılması və bioloji müxtəlifliyin inkişafı məqsədilə 2024-cü ildə rayon ərazisində 11 min 560 ədəd Eldar şamı, 1500 küknar, 2450 sərv, 920 çinar, 15 min 800 müxtəlif meyvə ağacları, həmçinin 300 ədəd müxtəlif gül kolları və mövsümi bitkilər əkilib. Rayon ərazisindəki yaşıllıqlara qulluq olunub, abadlaşdırma işləri aparılıb.
Yaşıllıqların artırılması istiqamətində tədbirlər bu ildə də davam etdiriləcəkdir.
Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb
Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb
Laçında ceyran balasına süd verərkən görüntülənib
Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlandırılıb
Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO