Xankəndinin nurlu gecələrindən FOTOLAR
Xankəndi, 14 yanvar, AZƏRTAC
Xankəndi 34 ildən sonra yenidən doğma sakinlərinin nəfəsi ilə isinir, burada həyat canlanır. İndi Xankəndi gecələri gündüzü qədər gözəldir.
Elə ki, şəhər gecə köynəyini əyninə geyinir, o zaman hər şey başqa cür görünür. Zülmət gecəyə Xankəndinin al-əlvan işıqlarından don biçilir. Şəhərin gecə həyatı nağıllar aləmini yada salır. Bu işıqlardan yanıb-sönəni, közərəni, gur yananı da, səhərədək işıq saçanı da var. Şəhərin gecə mənzərəsi romantik və əsrarəngiz təsir bağışlayır. Elə bil kimsə bir ovuc ulduz topasını şəhərin üstünə səpələyib.
AZƏRTAC Xankəndinin nurlu gecələrindən fotosessiyanı təqdim edir.
“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub
Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb
Naxçıvanın muxtariyyəti - tarixi zərurət, tarixi nailiyyət
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı keçirilib
Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb