Ötən ildən peşə təhsilində adambaşı maliyyələşmə mexanizminin tətbiqinə başlanılıb
Bakı, 14 yanvar, AZƏRTAC
Hazırda 1200-ə yaxın tələbə tikinti ixtisaslarında təhsil alır.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən tədbirdə deyib.
O hesab edir ki, tikinti ixtisaslarında təhsil alan tələbələrin sayı azdır: "Bu istiqamətində yeni ixtisaslar açmışıq. İnteryer dizayn, isitmə və soyutma sistemlərinin təmiri, kran operatoru və başqa yeni ixtisasların tədrisinə başlamışıq".
Ceyhun Kərəmov qeyd edib ki, peşə təhsilinin maliyyələşdirilməsi sahəsində də ciddi dəyişikliklər həyata keçirilir: “Ötən ildən başlayaraq, peşə təhsilində adambaşı maliyyələşmə mexanizminin tətbiqinə başlanılıb. Mərhələli şəkildə bir çox müəssisələrimizdə bu mexanizm tətbiq olunur. Bu da, ilk növbədə, tələbəyönümlü təhsilin təşkili üçün yeni imkanlar yaradır. Eyni zamanda, məhdud resursların daha səmərəli istifadəsinə şərait yaradır. Təhsildən danışırıqsa, bu sahədə atılan hər bir addım həm ölkəmizin gələcəyinə, həm də iqtisadi inkişafına birbaşa töhfədir”.
Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib
Rektor Aqil Şirinov: Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də MÜSAHİBƏ
Tibb ixtisasının açılması Qarabağ Universitetinin beynəlxalq reytinqini artıracaq – ekspert
Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq