Kyuşu adasında 6,6 bal gücündə zəlzələ baş verib
Bakı, 13 yanvar, AZƏRTAC
Bazar ertəsi Yaponiyanın Kyuşu adasının şərq sahillərində - Filippin dənizində 6,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, zəlzələnin ocağı 37 km dərinlikdə yerləşib.
Episentrdəki titrəyişlərin intensivliyinə görə zəlzələ “güclü” kimi qiymətləndirilir.
Cənubi Koreyada hoteldə baş verən yanğında 6 nəfər ölüb
Bu gün 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır
Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA