Vergi yükü Britaniyanın əmək bazarında böyük tənəzzül yaradıb
London, 13 yanvar, AZƏRTAC
Böyük Britaniyanın iri şirkətləri bu il işə qəbulu COVID-19 pandemiyasından bəri ən az həddə endirməyi və investisiyaları məhdudlaşdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, buna səbəb oktyabr ayında hökumət tərəfindən elan edilən böyük vergi artımlarıdır.
“Deloitte” şirkətinin 63 iri Britaniya şirkətinin maliyyə direktorları arasında apardığı rüblük sorğu göstərib ki, bu addımlar, həmçinin kiçik və orta bizneslərə də təsir edib. Belə ki, hökumətin sosial təminat xərclərini 25 milyard funt sterlinq (31 milyard dollar) artırması biznes sektoruna mənfi ab-hava yaradıb.
“Deloitte”in baş iqtisadçısı İan Stüart bildirib ki, dövlət büdcəsinin açıqlanmasından sonra xərclərin idarə olunması ön planda olduğu üçün maliyyə direktorları qarşıdakı 12 ay ərzində korporativ investisiyalar, əlavə xərclər və işə qəbul üzrə gözləntilərini azaldıblar.
Bu sorğu ölkənin iqtisadiyyatına və işgüzar fəaliyyətinə hökumətin vergi siyasətinin mənfi təsirlərini göstərən digər sorğular ilə də uyğunluq təşkil edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
“Bloomberg”: Aİ Suriyanın enerji sektoruna qarşı sanksiyaları dayandıra bilər
Araşdırma: Tütün və alkoqolun azaldılması xərçəng hallarının qarşısını ala bilər
Tamar Çiburdanidze: USAID dezinformasiyalar yaymaqla hibrid müharibə aparırdı
İtaliya sahillərində güclü zəlzələ olub
Tramp USAID-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib