Azərbaycan və Belarusun universitetləri arasında anlaşma memorandumu imzalanıb
Bakı, 13 yanvar, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə Belarus Dövlət İnformasiya Texnologiyaları və Radioelektronika Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandum təhsil və elm sahələrində birgə layihələrin icrasını, beynəlxalq seminar və konfransların keçirilməsini, tələbə və müəllim mübadiləsi proqramlarının təşkilini nəzərdə tutur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.
Belarus Dövlət İnformasiya Texnologiyaları və Radioelektronika Universiteti ilə imzalanan memorandum BDU-nun beynəlxalq əlaqələrini genişləndirmək və universitetin qlobal nüfuzunu artırmaq məqsədilə atdığı mühüm addımlardan biridir.
Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib
Rektor Aqil Şirinov: Din haqqında dindarın da öyrənməyə ehtiyacı var, ateistin də MÜSAHİBƏ
Tibb ixtisasının açılması Qarabağ Universitetinin beynəlxalq reytinqini artıracaq – ekspert
Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq