İtaliyada bir sıra dövlət qurumları və banklara kiberhücum olub
Roma, 13 yanvar, AZƏRTAC
İtaliyada bəzi dövlət qurumlarının və bankların saytları kiberhücuma məruz qalıb.
AZƏRTAC xəbər verir ki, Trieste və Taranto limanlarının, “Intesa” və “Monte Paschi” kimi bəzi bankların, həmçinin özəl qurumların internet saytları “NoName057” adlı rusiyapərəst hakerlər qrupunun kiberhücumuna məruz qalıb. İtaliya Milli Kibertəhlükəsizlik Agentliyi kiberhücumlara məruz qalan qurumların saytlarının funksional fəaliyyət göstərməsi üçün lazımi dəstək verib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 9-da Romaya səfəri zamanı da İtaliyanın bəzi dövlət qurumlarının saytları kiberhücumlara məruz qalmışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Cənubi Koreyada hoteldə baş verən yanğında 6 nəfər ölüb
Bu gün 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır
Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA