Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var
Sabirabad, 11 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində baş verib. "Mercedes" markalı avtomobilin idarə etmədən çıxaraq su kanalına aşması nəticəsində xəsarət alan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunublar. Faktla bağlı araşdırma aparılır.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib
51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır