Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 11 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Latviyanın Dövlət Gəlir Xidmətinin baş direktoru Bayba Smite Roçe ilə videoformatda görüş keçirib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Tərəflər həm ikitərəfli səviyyədə, həm də IOTA çərçivəsində administrasiyalar arasında birgə fəaliyyətin şaxələndirilməsi, vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkə üçün iqtisadi təcrübələrin təşviqi baxımından əhəmiyyət daşıyır. Tərəflər rəqəmsal vergi inzibatçılığı, elektron ticarətlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi, əməkhaqqından tutulan gəlir vergisi və sosial ayırmalar, əmlak vergisinin vaxtında və tam həcmdə ödənilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə məsələlərini, eləcə də ƏDV inzibatçılığı sahəsində potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
Azərbaycan Rusiya ilə İran arasında baş tutacaq enerji mübadiləsində tranzit rolu oynaya bilər
® “Ziraat Bank Azərbaycan” 2024-cü ili uğurlu göstəricilərlə yekunlaşdırıb
Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb
Şımkent-Bakı aviareysinin açılması planlaşdırılır
İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib