Naxçıvan şəhərində aşkar edilən hərbi sursatlar ərazidən kənarlaşdırılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatların 6 ədəd 88 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik top mərmisi, 1 ədəd 60 mm-lik top mərmisi və 1 ədəd 60 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
DSMF: Ötən il 251 minə yaxın təyinat proaktiv qaydada aparılıb
® Yanvarın 26-da keçiriləcək möhtəşəm Access Body təlimində siz də iştirak edin