Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib
Ankara, 11 yanvar, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə səfir təyinatını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar şənbə günü, yanvarın 11-də qüvvəyə minib və Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.
Türkiyə liderinin qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin olunub.
Bundan başqa, Türkiyənin daha beş ölkədə - Almaniya, İordaniya, BƏƏ, Mozambik və Kubadakı diplomatik nümayəndəliklərinin rəhbərləri dəyişib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Donald Trampın hakimiyyətə yenidən gəlişi Fransada narahatlığı artırıb
Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib
Türkiyədəki yanğında ölənlərin sayı 76-ya çatıb - YENİLƏNİB
Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik