Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib
Naxçıvan, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünyaşöhrətli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 8 mərkəzdə keçirilən olimpiadada məktəb turunda qalib olan 535 şagirddən 94 faizi iştirak edib. Şagirdlərə 30 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.
Olimpiadanın məktəb, rayon və muxtar respublika olmaqla, 3 turdan ibarət təşkili nəzərdə tutulub. Rayon turunda qalib olan şagirdlər fevralın 8-də keçiriləcək muxtar respublika turuna vəsiqə qazanacaq.
Rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib
51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır