“Barselona” futbolçusunu 70 milyon avrodan aşağı məbləğə satmayacaq
Bakı, 11 yanvar, AZƏRTAC
İspaniyanın “Barselona” komandası qış transfer dövründə futbolçusu Ronald Arauxonu buraxmaq fikrində deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, İtaliyanın "Yuventus" komandası uruqvaylı müdafiəçiyə təklif göndərsə də, müsbət cavab almayıb. Kataloniya təmsilçisi R.Arauxonu 70 milyon avrodan aşağı qiymətə satmayacaq.
Qeyd edək ki, Uruqvay millisinin üzvü zədə səbəbindən bu mövsüm heç bir oyunda meydana çıxmayıb.
Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub
“Sumqayıt” qvineyalı futbolçunu transfer edib
Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib
Belçika Açıq Cüdo turnirində çıxış edəcək Azərbaycan idmançıları bəlli olub