Siyəzəndə oğurluqda şübhəli bilinən 4 nəfər saxlanılıb
Siyəzən, 11 yanvar, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı rayon ərazisində 12 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Murad Muradov və Yavər Umudov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən digər əməliyyat nəticəsində Azay Qurbanov və tanışı Vüsal Qurbanov da saxlanılıblar. Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisində “Man” markalı yük avtomobillərindən akkumulyator və bir evdən oğurluq etdikləri müəyyən olunub.
Faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib
51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır