Lionel Messi Avropaya qayıda bilər
Bakı, 11 yanvar, AZƏRTAC
ABŞ-ın "İnter Mayami" komandası futbolçusu Lionel Messi ilə müqaviləni uzadacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın “Marca" nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, tərəflər yeni müqavilə ilə bağlı razılıq əldə ediblər. 37 yaşlı argentinalı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq üçün həmin ilə kimi sözləşməni yeniləmək qərarına gəlib. Yeni müqavilədə Lionel Messinin mövsümlərarası fasilədə Avropa klubuna icarəyə verilə bilməsi ilə bağlı bənd olacaq.
“Fənərbağça” PSJ-nin futbolçusu ilə anlaşıb
Ukrayna millisinin hücumçusu “Trabzonspor”a keçib
Qurban Qurbanov: Rəqibimiz xırda səhvləri bağışlamayan komandadır
Elvin Cəfərquliyev: Rumıniya klubu ilə oyunda qələbə üçün əlimdən gələni edəcəyəm VİDEO
Riçard Almeyda: İnanıram ki, Juninyo Braziliyada bir çox insanı yaxşı mənada təəccübləndirəcək