Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
Bakı, 11 yanvar, AZƏRTAC
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,09 dollar və ya 2,62 faiz artaraq 81,86 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Françesko Randazzo: Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır - MÜSAHİBƏ
6 qitədə 77 terminalı ilə aparıcı qlobal dəniz limanı operatoru - “DP World” şirkətlər qrupu