Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildirilib ki, əməliyyat tədbirləri ilə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı Eldar Ağayev saxlanılıb. Onun üzərindən və istifadəsiz tikilidə gizlətdiyi yerdən 6 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub
Mütəxəssis: Meymunçiçəyi xəstəliyi yüngül gedişatlı olur
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub