Azərbaycan səfirliyi Peruda aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş edib
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Perudakı səfirliyi Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə birgə Milad və Yeni il bayramlarını aztəminatlı ailələrin uşaqları ilə qeyd etmək üçün humanitar aksiyalar təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bu təşəbbüs çərçivəsində səfirlik Peru-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Xose Xeri ilə birgə Peru paytaxtının Praderas de Villa el Salvador rayonunun Ollita Virgen ərazisində yaşayan aztəminatlı ailələrin uşaqlarına, həmçinin deputat xanım Rosangella Barbaran ilə birlikdə Villa El Salvador rayonunda yerləşən Peru - Valladolid 7237 Təhsil Müəssisəsindəki uşaqlara bayram münasibətilə hədiyyələr təqdim edib, onlara bayram sevinci bəxş olunub.
Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Professor Mirzə Qurbanov vəfat edib
AQTA yanında Məşvərət Şurasının növbəti iclası keçirilib
Ukraynadan olan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib
“Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycanın mədəni irsi haqqında” mövzusunda tədbir keçirilib VİDEO