Zukerberq: Bayden administrasiyası “Meta”dan COVID-19 haqqında yazıların silməsini tələb etdi
Bakı, 11 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden administrasiyasının nümayəndələri “Meta” ilə əlaqə saxlayıb və şirkətə məxsus platformalarda COVID-19 pandemiyası ilə bağlı yazıların silinməsini tələb ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq bildirib.
Onun sözlərinə görə, Ağ evdən gələn zənglər digər məsələlərlə yanaşı, vaksinlərin yan təsirləri, habelə pandemiya ilə bağlı satirik məzmunlu yazılara aid olub.
Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır
“airBaltic” aviaşirkəti donanmasının dörddəbiri uçuşları dayandırıb
Vergi yükü Britaniyanın əmək bazarında böyük tənəzzül yaradıb