Ağ ev Koreya yarımadasının nüvəsizləşdirilməsində irəliləyişin olmadığını etiraf edib
Bakı, 11 yanvar, AZƏRTAC
Hazırkı Amerika administrasiyası Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində irəliləyişə nail ola bilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Biz sələflərimiz kimi, açıq şəkildə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edə bilmədik. Mən nəyə nail olacağımıza dair nikbin deyiləm, bu, hələ də ciddi narahatlıq doğuran bir sahədir. Yeni administrasiyanın nə edə biləcəyini görəcəyik. Amma düşünürəm ki, müttəfiqlərimizi bu məsələdə Şimali Koreya ilə mübarizə aparmaq üçün daha yaxşı vəziyyətə gətirmişik", - deyə o qeyd edib.
Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb
Kyuşu adasında 6,6 bal gücündə zəlzələ baş verib
Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır
“airBaltic” aviaşirkəti donanmasının dörddəbiri uçuşları dayandırıb
Vergi yükü Britaniyanın əmək bazarında böyük tənəzzül yaradıb