Tramp vəzifəyə başladığı ilk gündə 100-dən çox sərəncam imzalayacaq
Vaşinqton, 11 yanvar, AZƏRTAC
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın vəzifəyə başladığı ilk gündə 100-dən çox sərəncam imzalaması gözlənilir.
AZƏRTAC-ın “Associated Press”ə istinadla verdiyi məlumata görə, sərəncamlar sərhəd təhlükəsizliyi, o cümlədən ABŞ-Meksika sərhədində nəzarətin güclənməsi, deportasiya, məktəblərdə gender məsələsi, vaksinasiya və seçki kampaniyası zamanı vəd verdiyi digər məsələlərlə bağlı olacaq. Sənədlər yeni seçilmiş prezidentin komandası tərəfindən hazırlanır. Sərəncamların əksəriyyətinin yanvarın 20-si andiçmə günündə Prezident vəzifəni təhvil aldıqdan dərhal sonra imzalanacağı bildirilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib
Türkiyədəki yanğında ölənlərin sayı 76-ya çatıb - YENİLƏNİB
Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik