×
A
A
A
Sazlamalar

Çexiya yeni təhlükəsizlik konsepsiyasına keçir

Praqa, 11 yanvar, AZƏRTAC

Çex Respublikasının Nazirlər Kabineti növbəti beş il üçün yeni Dövlət Təhlükəsizliyi Konsepsiyasını təsdiq edib.
AZƏRTAC Praqa Radiosuna istinadla xəbər verir ki, təsdiq edilmiş strateji sənəd təhlükəsizlik sahəsində böhranlı vəziyyətlərin həllinə mühüm dəyişikliklər edir. Ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, konsepsiya müasir təhlükəsizlik təhdidlərini nəzərə almalı və bütün əhalini əhatə edəcək sistem yaratmalıdır.
Yeni konsepsiya daha geniş əhatə dairəsi təklif edir. Sənəd təkcə müəllimlərin deyil, həm də dövlət qulluqçularının, eləcə də əsas şirkətlərin işçilərinin təliminin vacibliyini vurğulayır. Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq və strateji kommunikasiya mühüm dəstək olacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

 

Dünya 2025-01-11 00:27:00