İtaliya Prezidenti Volodimir Zelenski ilə görüşüb
Roma, 10 yanvar, AZƏRTAC
İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Sercio Mattarella İtaliyanın Ukraynaya tam, dəyişməz və daimi dəstəyini yeniləyib, ədalətli sülhün vacibliyini qeyd edib.
Volodimir Zelenski isə Sercio Mattarella ilə müsbət görüş keçirdiyini və onu Ukraynaya dəvət etdiyini bildirib. Qeyd edib ki, Ukraynaya İtaliya Prezidenti sonuncu dəfə 25 il əvvəl səfər edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Romaya səfəri çərçivəsində ötən gün İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşmüşdü.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Süni intellekt qədim “Babil himni”nin itmiş mətnini üzə çıxarıb
Yeni yanaşma günəş batareyalarının səmərəliyini artırır - TƏDQİQAT
Xərçəngin immunoterapiyasının təsirini gücləndirən bağırsaq mikrobları aşkarlanıb
Araşdırma: Antibiotiklərə erkən məruz qalma körpələrin immun sistemini zəiflədir
Türkiyə və Oman enerji sahəsində əməkdaşlıq barədə razılığa gəlib