Mingəçevirdə il ərzində 29 mindən çox ağac əkilib
Mingəçevir, 10 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevir şəhəri 29 min 414 ədəd yeni əkilən ağacla yaşıllaşdırılıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yaşıllıqların qorunub saxlanılması və bioloji müxtəlifliyin inkişafı məqsədilə ötən il şəhərdəki park və xiyabanlara, küçə və prospektlərin, magistral yolların kənarlarına, məhəllədaxili ərazilərə sərv, çinar, palıd, Eldar şamı, palma və meyvə ağacları, eləcə də 500 ədəd bəzək kolu, 33 min ədəd mövsümi gül-çiçək əkilib.
Mingəçevir şəhərinin yaşıllaşdırılması üçün işlər bu il də davam etdirilir. Müxtəlif ərazilərə 5 minə yaxın ağac tingi, 500 ədəd bəzək kolu, 44 min ədəd mövsümi gül-çiçək əkilməsi planlaşdırılır.
Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək
Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
Energetika naziri Qobustanda vətəndaşlarla görüşüb
Saatlıdakı aqroparkda nar bağının ərazisi daha 100 hektar artırılacaq – mövsüm hazırlığı VİDEO