Bu il keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri açıqlanıb
Bakı, 10 yanvar, AZƏRTAC
I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat fevralın 6-dan 26-dək aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 20-dən martın 5-dək aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may-iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel-may aylarında aparılacaq.
Magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı yanvarın 13-dən 27-dək aparılacaq.
Digər imtahanların qrafiki ilə DİM-in saytında tanış ola bilərsiniz.
Ötən ildən peşə təhsilində adambaşı maliyyələşmə mexanizminin tətbiqinə başlanılıb
Ceyhun Kərəmov: Peşə təhsili iqtisadiyyat üçün ixtisaslı kadrların hazırlanmasına yönəlib
Peşə təhsilinin gücləndirilməsi ölkənin davamlı inkişafı üçün əsas şərtlərdəndir