Almaniyada yeni rəy sorğusu: CDU/CSU ittifaqı 30 faizlik nəticə ilə zirvədədir
Berlin, 10 yanvar, AZƏRTAC
Almaniyada federal parlament seçkilərinə altı həftə qalmış yeni rəy sorğusunun nəticələri açıqlanıb.
AZƏRTAC “Deutsche Welle”yə istinadla xəbər verir ki, “Forschungsgruppe Wahlen”in ZDF kanalının sifarişi ilə apardığı sorğuya qatılanların 30 faizi Xristian Birlik (CDU/CSU) partiyalarına səs verəcəklərini ifadə edib. İfrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) 21 faizlə ikinci, hazırkı Kansler Olaf Şoltsun təmsil etdiyi Sosial Demokrat Partiyası (SPD) isə 15 faizlə üçüncü olub. Yaşıllar Partiyasına rəyi soruşulanların 14 faizi səs verəcəyini bildirib.
Bu qrupun ötən ay apardığı rəy sorğusunda AfD-nin nəticəsi 19 faiz təşkil etmişdi. Rəy sorğusunun nəticələrinə görə, liberalyönümlü Azad Demokrat Partiya (FDP), Sol Partiya (Die Linken) və sağ populist Zahra Vagenknext İttifaqı (BSW) 5 faizlik həddə çata bilməyib.
Rəy sorğusuna əsasən, Kansler vəzifəsinə namizədlərin göstəriciləri partiyaların nəticələrindən fərqlənir. Yaşıllar Partiyasının namizədi, iqtisadiyyat naziri Robert Habek və CDU-nun namizədi Fridrix Merz 27 faizlik nəticə ilə siyahının zirvəsindədir. AfD-nin namizədi Alis Vaydel 15 faizlə üçüncü, Kansler Olaf Şolts isə 14 faizlə dördüncüdür.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Londonun Hitrou hava limanı 2024-cü ildə rekord sayda sərnişinin olduğunu bildirir
Bob Dilanın ən məşhur bəstələrindən biri hərracda satılacaq
İran Prezidenti Moskvaya səfər edəcək
Fransalı nazir dövlət vəsaitini mənimsədiyinə görə istintaq altındadır