Avstriyanın xarici işlər naziri Şallenberq kansler səlahiyyətlərini icra edəcək
Bakı, 10 yanvar, AZƏRTAC
Bu gün Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq kanslerin səlahiyyətlərini icra edən şəxs qismində and içib.
AZƏRTAC xəbər verir ki, Şallenberq ötən həftəsonu ifrat sağçılar olmadan mərkəzçi koalisiya hökuməti qurmaq cəhdi uğursuzluğa düçar olduqdan sonra istefa vermiş həmkarı mühafizəkar Karl Nehammeri əvəz edib.
Eyni zamanda, Aleksandr Şallenberq Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə davam edəcək. O, ifrat sağçı Avstriya Azadlıq Partiyası ilə yeni koalisiya hökuməti qurulana qədər kansler olaraq qalacaq.
Ötən gün Vyana və Avstriyanın digər şəhərlərində ifrat sağçıların hakimiyyətə gəlməsinin əleyhinə çıxış edən on minlərlə insanın iştirakı ilə nümayişlər olub. İlk olaraq Avstriya Xalq Partiyası (OVP) Avstriya Azadlıq Partiyasını (FPO) koalisiya hökumətinin tərkibinə buraxmamağı planlaşdırırdı, lakin Sosial Demokratlar və liberal NEOS ilə danışıqlar uğursuz oldu. Bununla əlaqədar Karl Nehammer kansler və Avstriya Xalq Partiyasının lideri vəzifəsindən istefa verib.
Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb
Kyuşu adasında 6,6 bal gücündə zəlzələ baş verib
Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır
“airBaltic” aviaşirkəti donanmasının dörddəbiri uçuşları dayandırıb
Vergi yükü Britaniyanın əmək bazarında böyük tənəzzül yaradıb