×
A
A
A
Sazlamalar

Siandakı terminal sayəsində Trans-Xəzər marşrutu üzrə yükdaşımalar artıb

Astana, 10 yanvar, AZƏRTAC

“Sian şəhərinin quru limanında Qazaxıstan-Çin terminalının işə salınması Trans-Xəzər marşrutu üzrə Çindən tranzit yüklərin artmasına kömək edib”, - deyə “Qazaxıstan Dəmir Yolları” QSC-nin rəhbəri Nurlan Sauranbayev bildirib.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, o, Prezident Kasım-Jomart Tokayevə məruzəsində Qazaxıstan dəhlizlərinə yük axınlarının cəlb olunması üçün terminallar şəbəkəsinin genişləndirilməsi barədə məlumatı təqdim edib.
Nurlan Sauranbayev Şərq-Qərb istiqamətində Almatıda, Azərbaycanın Ələt dəniz limanında, Macarıstanın paytaxtı Budapeştdə və Moskva yaxınlığındakı Selyatino kəndində terminalların tikintisinin başlanıldığını elan edib.
Onun sözlərinə görə, Çin tərəfdaşı - Lyanyunqan limanı ilə birlikdə Aktau limanında konteyner qovşağının tikintisinə başlanılıb.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

İqtisadiyyat 2025-01-10 17:54:00