Bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq
Bakı, 10 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.
Sosial xidmət mərkəzlərində sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevtlər tərəfindən əlilliyi olan uşaqlara və sosial xidmətə ehtiyacı olan digər şəxslərə, ailələrə sosial-reabilitasiya xidmətləri göstəriləcək.
Bununla da sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq.
Hazırda Abşeron, Sabunçu, Nərimanov, Yasamal sosial xidmət mərkəzləri və Sumqayıt sosial xidmət kabineti fəaliyyət göstərir.
Həmin mərkəzlərdə əlilliyi olan uşaqlara və digər həssas kateqoriyadan olan şəxslərə sosial-psixoloji yardım xidməti göstərilir, onların cəmiyyətə uğurlu inteqrasiyası üçün sosial tədbirlər həyata keçirilir.
Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
DSMF: Ötən il 251 minə yaxın təyinat proaktiv qaydada aparılıb
® Yanvarın 26-da keçiriləcək möhtəşəm Access Body təlimində siz də iştirak edin