Böyük Britaniyanın təhlükəsizlik rəsmiləri İlon Maskın paylaşmalarını izləyir
London, 10 yanvar, AZƏRTAC
Böyük Britaniya rəsmiləri məşhur iş adamı, “Tesla” şirkətinin qurucusu İlon Maskın və digər tanınmış şəxslərin sosial media paylaşmalarını təhlükəsizlik riski kimi qiymətləndirərək izləyirlər.
AZƏRTAC xəbər verir ki, bu monitorinq Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik qrupu tərəfindən həyata keçirilir. Həmin qrup milli təhlükəsizlik risklərini azaltmaqla məşğul olur hökumətin rəsmi veb-saytına görə, ölkə üçün ən böyük təhlükələri araşdırır. Monitorinq zamanı paylaşımların təsir dairəsi və kimlərin bu paylaşımlarla maraqlandığı nəzərdən keçirilir.
BBC kanalı təsdiqləyib ki, Daxili İşlər Nazirliyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşaviri olan İlon Maskın sosial media paylaşmalarını, eləcə də böyük izləyici kütləsinə sahib olan digər hesabları izləyir. Son həftə ərzində İ.Mask Böyük Britaniya hökumətini uşaqlara qarşı zorakılıqla bağlı yeni araşdırma aparmaqdan imtina etdiyi üçün tənqid edib. Baş nazir Kir Starmer isə bildirib ki, qurbanlar üçün yenidən araşdırmalar yox, əməli tədbirlər lazımdır.
Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb
Kyuşu adasında 6,6 bal gücündə zəlzələ baş verib
Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır
“airBaltic” aviaşirkəti donanmasının dörddəbiri uçuşları dayandırıb
Vergi yükü Britaniyanın əmək bazarında böyük tənəzzül yaradıb