“Kəpəz” klubu gürcüstanlı futbolçu transfer edib
Bakı, 10 yanvar, AZƏRTAC
“Kəpəz” komandası qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, gürcüstanlı Rati Ardazişvili ilə "6 ay + 1 il" müddətinə müqavilə bağlanıb. 26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir.
Ratinin son klubu vətənində "Samtredia" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb.
Çempionlar Liqası: “Barselona”dan fantastik geridönüş, “Liverpul” doğma meydanda qələbə qazanıb
Qadın voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub
“Sumqayıt” qvineyalı futbolçunu transfer edib
Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib
Belçika Açıq Cüdo turnirində çıxış edəcək Azərbaycan idmançıları bəlli olub