Masallıda marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Bakı, 10 yanvar, AZƏRTAC
Daxil olan müraciət əsasında Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Abuşov Ümid Alış oğluna məxsus “Alış” marketdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb. İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib
Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir
Bakıda unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində yoxlama aparılıb
27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub