Ötən ay zəhərlənən şəxslərdən 7-si ölüb
Bakı, 10 yanvar, AZƏRTAC
Ötən ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib.
Bu barədə AZƏRTAC-a KTM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 29 nəfər dərmandan, 24 nəfər sirkə turşusundan, 22 nəfər botulizmdən zəhərlənən şəxslərdir. Həmçinin 18 nəfər dəm qazından, 7 nəfər allergik reaksiyadan, 4 nəfər etanoldan, 3 nəfər fosfor üzvi birləşmələrdən, 6 nəfər yandırıcı məhlul, 3 nəfər isə anafilaktik şok səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (5 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu, botulizm, etanol, dərman və dəm qazı zəhərlənmələrindən qeydə alınıb.
Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
DSMF: Ötən il 251 minə yaxın təyinat proaktiv qaydada aparılıb
® Yanvarın 26-da keçiriləcək möhtəşəm Access Body təlimində siz də iştirak edin