Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 44 mindən çox şəxs qəbul edilib
Naxçıvan, 10 yanvar, AZƏRTAC
Ötən il Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, ümumilikdə, 44 min 388 şəxs qəbul edilib.
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 59 min 4 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Xidmətlərin 90 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
2024-cü ildə vergi ödəyicilərinə 676 min 182 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 687 sayda ünvanlı xidmət göstərilib. Ötən il 5 min 750 müraciət üzrə 10 min 98 “Asan İmza” sertifikatı verilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib
51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır