BDU və Niderlandın “Ekspats” şirkətinin əməkdaşları arasında görüş olub
Bakı, 10 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi və Niderlandın “Ekspats” şirkətinin əməkdaşları arasında onlayn görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə mərkəzin əsas fəaliyyət istiqamətləri, tələbə və məzunların karyera quruculuğuna, əmək bazarına adaptasiya etmələrinə verdiyi töhfələr barədə məlumat verilib. Həmçinin “Ekspats” şirkətinin fəaliyyət istiqamətlərindən danışılıb. BDU-nun tələbə və məzunlarına göstərilə biləcək xidmətlərlə bağlı suallar şirkət əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.
Görüş zamanı əməkdaşlığın reallaşdırılması istiqamətində mühüm addımların atılmasının vacibliyi, bu əməkdaşlığın BDU-nun tələbə və məzunlarının xarici sferada məşğulluq səviyyəsinin artırılmasında önəmli rolu kimi məsələlər də müzakirə edilib.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ötən il 264 tədqiqat işi icra olunub
BDU-nun professoru Azərbaycanda ilk dəfə diplomatik-siyasi ensiklopediya nəşr etdirib
Tanınmış ədəbiyyatşünas-alim haqqında kitab nəşr olunub
BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır