Fransanın yeni büdcə layihəsi Barnye hökumətinkindən pis olacaq
Paris, 10 yanvar, AZƏRTAC
2025-ci il büdcə layihəsi Barnye büdcə layihəsinə çox bənzəyəcək, hətta daha pis olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Assambleyanın maliyyə komitəsinin sədri, “Əyilməz Fransa” (LFİ) partiyasının üzvü Erik Kokörel Bersidən - İqtisadiyyat və Maliyyə Nazirliyindən çıxanda söyləyib.
İqtisadiyyat və maliyyə naziri Erik Lombar ilə görüşdən sonra Milli Assambleyada maliyyə komitəsinin sədri Bayru hökumətinin büdcə layihəsinin Barnye hökumətinin büdcə layihəsi ilə çox oxşar, hətta ondan da pis olacağını söyləyib.
Qeyd edək ki, yanvarın 14-də ümumi siyasəti təqdim etmək üçün Bayru hökuməti müxtəlif siyasi partiyalar, eləcə də sosial tərəfdaşlarla məsləhətləşmələr keçirir. Sağçı və solçu partiyaların liderləri məsləhətləşmələrdən dərhal sonra kompromis olmadığı təqdirdə sanksiyaya əl atacaqlarını bəyan ediblər.
LFİ partiyasının lideri Jan-Lük Melanşon Yeni xalq Cəbhəsi (NFP) tərəfdaşlarını tənqid edib. O, Yeni Xalq Cəbhəsi ittifaqını öhdəliyə xəyanətdə günahlandıraraq büdcə ilə bağlı hökumətlə danışıqlar aparan sosialist, ekoloq və kommunist nümayəndələrinin xidmətini pisləyib.
Xatırladaq ki, məhz maliyyə qanunu layihəsinə görə Milli Assambleyada Barnye hökumətinə sanksiya tətbiq edildi və hökumət istefa verdi.
Avropa İttifaqı Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb
Fransa-Əlcəzair diplomatik böhranı əlcəzairli influenserin deportasiyası ilə daha da gərginləşib
Myanmada nefrit mədəninin çökməsi nəticəsində 12 nəfər ölüb
Britaniya Avropa İttifaqı ilə əlaqələrin yenidən qurulması istiqamətində ilk addımı atıb
Türkiyə Prezidentinin illik fəaliyyətini əks etdirən “Eşq ilə qaçan yorulmaz” kitabı nəşr olunub