Ötən il 48,2 min şəxsə əlillik təyin edilib
Bakı, 10 yanvar, AZƏRTAC
Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 48,2 min şəxsə əlillik təyin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 23,9 mininə ilkin, 24,3 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.
Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib
Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir
Bakıda unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində yoxlama aparılıb
27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub