Metronun yeni tikiləcək 10 stansiyasından 6-sının yeri müəyyənləşdirilib
Bakı, 10 yanvar, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin tikilməsi planlaşdırılan yeni stansiyalarının 6-sı Bənövşəyi xətt, 4-ü Yaşıl xətt üzrə olacaq.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, artıq 6 stansiyanın yeri müəyyənləşdirilib.
“Bənövşəyi xəttin inkişaf etdirilməsi ilə Sumqayıt və Xırdalandan şəhər mərkəzinə olan sərnişin axınını daha səmərəli tənzimləmək üçün metronun mühüm tranzit rolunun gücləndirilməsi planlaşdırılır”, - deyə nazir müavini əlavə edib.
Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb
Şımkent-Bakı aviareysinin açılması planlaşdırılır
İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib
“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb
Ötən il zavodlarda 1088 gəmi təmir olunaraq yenidən istismara qaytarılıb