İtaliyada nəqliyyat işçiləri tətil edirlər
Roma, 10 yanvar, AZƏRTAC
İtaliyada nəqliyyat sektorunda milli tətil elan olunub.
AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə yerli ictimai nəqliyyatda, dəmir yollarında və hava nəqliyyatında çalışan işçilər tətil ediblər.
Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə avtobus, metro və tramvay xətlərinin hərəkətinə mənfi təsir göstərib, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub. Bəzi şəhərlərarası və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.
Milanın Linate və Malpensa hava limanlarında xidmət göstərən işçilərin tətilə qoşulması bəzi aviareysləri təxirə salıb, çox sayda turistin səyahət planları dəyişilib.
Tətil Turin, Neapol, Genuya, Florensiya, Boloniya və Venesiya kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib
Türkiyədəki yanğında ölənlərin sayı 76-ya çatıb - YENİLƏNİB
Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik