TDT-nin Baş katibi “2024. Dünya Turizm Lideri” mükafatına layiq görülüb
İstanbul, 10 yanvar, Günel Karatepe, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Dubayda keçirilən “Dünya Turizm Liderləri” mükafatının təqdimetmə mərasimində “2024. Dünya Turizm Lideri” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, mükafat baş katibin Türk dövlətləri arasında əməkdaşlığı təşviq etmək və regionun qlobal mövqeyini dəyişdirən yenilikçi turizm təşəbbüslərini irəlilətmək məqsədilə göstərdiyi xidmətlərə görə verilib.
Mükafat, eyni zamanda, Türk dövlətlərinin turizm sahəsində mənimsədiyi kollektiv yanaşma, beynəlxalq miqyasda rezonans doğuran davamlı, inklüziv və mədəniyyət baxımından zəngin layihələrin inkişafını tərənnüm edir.
27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub
Mütəxəssis: Meymunçiçəyi xəstəliyi yüngül gedişatlı olur
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub
Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib