Naxçıvanda ötən il 11 milyon manat problemli kreditlər qaytarılıb
Naxçıvan, 10 yanvar, AZƏRTAC
Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ildə 17,7 milyon manat güzəştli kreditlərin geri qaytarılması təmin edilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2023-cü illə müqayisədə 2,9 dəfə çoxdur.
2024-cü ildə 11,0 milyon manat problemli kreditlərin qaytarılması təmin edilib ki, bu da 2023-cü illə müqayisədə 14,5 dəfə çoxdur. Fondun ehtiyatlarının qalıq məbləği ilin əvvəli ilə müqayisədə 2,9 dəfə artaraq, 1 yanvar 2025-ci il tarixə 19,2 milyon manat təşkil edib.
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər açıqlanıb
Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 11,1 faiz artıb
AMEA Naxçıvan Bölməsində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunub
KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib