Şirvan sakinindən odlu silah götürülüb
Şirvan, 10 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 7 dəfə məhkum edilmiş P.Tağıyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə adıçəkilən şəxs saxlanılıb və ondan 1 ədəd “Mauser” markalı odlu silah götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin Qusarda vətəndaşlarla görüş vaxtı dəyişib
51 saylı Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlərə 258 nəfər cəlb ediləcək
Naxçıvan boksçusu ölkə birinciliyinin gümüş mükafatçısı olub
Aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır