BANM-də “Keyfiyyətli təhsil – müasir çağırışlar” adlı forum keçirilib
Bakı, 10 yanvar, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Keyfiyyətli təhsil – müasir çağırışlar” adlı forum keçirilib. Tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BANM tərəfindən təşkil olunub.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək, təhsildə keyfiyyətin təminatının əhəmiyyəti və bu sahədə həyata keçirilən islahatlar barədə məlumat veriblər.
Forumun məqsədi Bakı və Abşeronda yerləşən ali təhsil müəssisələrinin keyfiyyət təminatı strukturlarının əməkdaşlarını bir araya gətirərək müasir çağırışlar və perspektivlər haqqında müzakirələr aparmaq olub.
Forum TKTA-nın nümayəndələrinin təqdimatları ilə davam edib.
Ceyhun Kərəmov: Peşə təhsili iqtisadiyyat üçün ixtisaslı kadrların hazırlanmasına yönəlib
Peşə təhsilinin gücləndirilməsi ölkənin davamlı inkişafı üçün əsas şərtlərdəndir
Azərbaycan beynəlxalq fənn olimpiadasında iki komanda ilə təmsil olunur