Ağstafada qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb -YENİLƏNİB
Ağstafa, 10 yanvar, AZƏRTAC
Ağstafada 61 yaşlı qadını öldürməkdə şübhəli bilinən həmcinsi saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Fatma Musayeva Dağ Kəsəmən kəndində yaşadığı evdə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyə Musayeva polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
09:10
Ağstafa rayonunda 61 yaşlı qadın qətlə yetirilib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Kənd sakini, 1964-cü il təvəllüdlü F.Musayeva yaşadığı evdə qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub
Tovuzda 15 iyun- Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib
Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir
Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib
Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram